"Qarabağ" - "Dnepr" matçına bilet satışı başladı

12:05 - 3 Noyabr 2014

Azarkeşlər biletləri əldə edə bilərlər

 

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Dnepr" matçının biletləri bu gündən satışa çıxarılıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışdadır.

 

Biletlərin qiyməti 1-10 manat arası dəyişir.
 

 

Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da start götürəcək.

Xəbər xətti