Norveç millisi Bakıya 23 futbolçu ilə gəlir
"Avro-2016"nın seçmə mərhələsində noyabrın 16-da Bakıda millimizlə qarşılaşacaq Norveç yığmasının heyəti müəyyənləşib.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Per Matias Hoqmo yığmamızla görüş üçün 23 futbolçunu dəvət edib.
Qeyd edək ki, Norveç komandası ilk öncə noyabrın 12-də Estoniya ilə yoldaşlıq matçında qarşılaşacaq. Komanda daha sonra Bakıda millimizin qanağı olacaq.
Qapıçılar: 1. Rune Yarsteyn (“Herta”, Almaniya), 22. Steyn Qritebus (“Olesun”), 12. Oryan Niland (“Molde”)
Müdafiəçilər: 14. Omar Elabdellaui (“Olimpiakos”, Yunanıstan), 21. Veqard Forren (“Molde”), 4. Steffen Hagen (“Odd”), 16. Per Egil Flo (“Molde”), Tom Hoqli (“Kopenhagen”, Danimarka), 17. Martin Linnes (“Molde”), 6. Havard Nortveyt (“Borussiya”, Dortmund), Tore Reginiussen (“Rusenborq”)
Yarımmüdafiəçilər: 20. Mats Möller Deli (“Kardiff Siti”, İngiltərə), 8. Stefan Yohansen (“Seltik”, Şotlandiya), Anders Konradsen (“Renn”, Fransa), 13. Yone Samuelson (“Molde”), 23. Harmit Sinqh (“Molde”), 15. Per Silyan Skyelbred (“Herta”, Almaniya), 5. Aleksander Tettev (“Norviç”, İngiltərə), 9. Martin Edeqor (“Stromsqodset”)
Hücumçular: 10. Tarik Elyunissi (“Hoffenhaym”, Almaniya), 11. Fredrik Qulbrandsen (“Molde”), Aleksander Soderlund (“Rusenborq”), 18. Havard Nielsen (“Ayntraxt” B, Almaniya)