Baş məşqçinin açıqlaması
		“İndidən əsas heyət haqda danışmaq çox tezdi. Bugünkü oyunda da müxtəlif variantlar üzərində çalışdıq”. 
		
		Sportal.az xəbər verir ki, bu sözləri Sportpress.az-a saytına açıqlamasında milli komandamızın baş məşqçisi Mahmud Qurbanov deyib.
		U-21-ə qarşı baş tutan yoxlama oyunundan (4:2) sonra sualları cavablandıran Qurbanov Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı baş tutacaq görüşlə bağlı sualı belə cavablandırıb:
		
		"Oyunla bağlı proqnoz vermək çətindir. Məqsədimniz yaxşı oyun göstərməkdir. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək".
     
                    