Elxan Məmmədov millinin oyununda
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Azərbaycanın əsas və U-21 yığmaları arasında yoxlama oyunu keçirilib.
Sportal.az xəbər verir ki, Mahmud Qurbanovun başçılıq etdiyi komandanın 4:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov da izləyib.
Elxan Məmmədovdan başqa "Sumqayıt"ın prezidenti Kamran Quliyev və "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov da bu matçı stadiondan seyr ediblər.
saytlarin hazirlanmasi