Nazarov oynadı, komandası darmadağına sevindi

12:10 - 10 Noyabr 2014

XIII turun matçı

 

Almaniya II Bundesliqasında 13-cü turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası "Karlsrue" səfərdə "Qroyter Fyurt" ilə qarşılaşıb. Oyun "Karlsrue"nin qələbəsiylə başa çatıb - 3:0.

 

Nazarov bu oyunda sonadək meydanda olub. O, üçüncü qolun ötürməsini verib.

 

Qeyd edək ki, Nazarovun komandası hazırda 20 xalla 6-cı yerdə gedir.

Xəbər xətti