Bekhemin oğlu "Arsenal"la müqavilə imzaladı

18:25 - 10 Noyabr 2014

Futbolçu "Çelsi" və "Mançester Yunayted"i rədd edib

 

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhemin oğlu Bruklin Bekhem seçimini edib.

Sportal.az xəbər verir ki, "Arsenal"ın aşağı yaş üzrə komandasında çıxış edən Bruklin klubla 1 illik müqavilə imzalayıb.

"Çelsi" və "Mançester Yunayted" də futbolçunu heyətinə qatmaq istəyirdi. Lakin B.Bekhem "Arsenal"da qalmağı üstün tutub.

Qeyd edək ki, Bekhemin 12 yaşlı oğlu Romeo da "Arsenal"ın 13 yaşadək futbolçulardan ibarət komandasının şərəfini qoruyur.

Xəbər xətti