Baş məşqçidən açıqlama
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Macarıstanla qarşılaşan yığmamızın baş məşqçisi Nikolay Adam oyunla bağlı fikirlərini bildirib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi bunları deyib:
"Seçmə mərhələyə məğlubiyyətsiz başlamaq vacib idi. Şadam ki, bu vacib işin öhdəsindən gəldik. İkinci hissənin ortalarında Elnur Cəfərovu dəyişməklə taktiki dəyişikliyə də əl atdıq. Ümumiyyətlə, dəyişikliklər oyunun tərkib hissəsidir. Həmin vaxt hesabda geridə idik. Nəyisə dəyişməyimiz lazım idi. Nəticədə cavab qolunu vura bildik."
saytlarin hazirlanmasi