Xorvatiya və İtaliyadan olan nümayəndələr millimizin matçında

14:40 - 11 Noyabr 2014

Oyunu stadiondan izləyəcəklər

 

"Avro-2016"nın seçmə mərhələsində noyabrın 16-ı, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Norveç oyununu millimizin mübarizə apardığı H qrupundakı digər komandaların da nümayəndələri izləyəcək.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiyadan Andrey Panandis və İtaliyadan Françesko Rossa noyabrın 16-da stadionda olacaqlar.

 

Qeyd edək ki, Azərbaycan - Norveç noyabrın 16-ı, saat 21:00-da başlayacaq.

Xəbər xətti