U-19 Slovakiyaya qarşı

10:50 - 12 Noyabr 2014

Millimizin ikinci sınağı

 

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, komandamız ilk oyunda Sloveniyanı 2:1 hesabı ilə məğlub edən Slovakiya yığması ilə qarşılaşacaq.Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Qeyd edək ki, U-19 ilk oyunda meydan sahibi Macarıstan yığmasıyla 1:1 hesablı heç-heçə edib. 

 

 

16:00 Slovakiya - Azərbaycan

Baş hakim: Eli Hacmon (İsrail)

Baş hakimn köməkçiləri: David Morhaim (İsrail), Peter Kobor (Macarıstan)

Dördüncü hakim: Adam Farkaş (Macarıstan)

Xəbər xətti