"Qəbələ"nin futbolçusunu təhqir etdilər

15:50 - 12 Noyabr 2014

Xoşagəlməz hadisə yaşanıb

 

Bu gün Sumqayıt şəhər stadionunda keçirilən "Sumqayıt" - "Qəbələ" yoxlama matçında xoşagəlməz hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, görüşün 40-cı dəqiqəsində "Qəbələ"nin nigeriyalı futbolçusu Ehiosun Ekiqo sumqayıtlı azarkeşlərin irqçi şüarlarına məruz qalıb.

 

Bir qrup azarkeş qara dərili futbolçunun ünvanına "Ebola, Ebola", "Negr"  şüarları səsləndiriblər. 24 yaşlı futbolçu buna etiraz olaraq formasını çıxardaraq meydançanı tərk etməyə cəhd göstərib. Bu zaman hakim ona sarı vərəqə göstərib.

 

Bu səbəbdən oyun 3-4 dəqiqə dayanıb. Lakin "Sumqayıt" klubunun futbolçularının, eləcə də azarkeşlərin üzrxahlığından sonra Ekiqo meydançaya qayıdaraq oyunu davam etdirib.

 

Mənbə: Qol.az

Xəbər xətti