Azərbaycan - Norveç matçı ukraynalıya tapşırıldı

14:55 - 13 Noyabr 2014

Hakimlər artıq bəllidir

 

"Avro-2016"nın seçmə mərhələsində noyabrın 16-ı keçiriləcək  Azərbaycan - Norveç matçının hakimləri müəyyənləşib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda oynanılacaq qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Yevgeni Aranovski olacaq. Ona Aleksandr Voytyuk və Semen Şlonçak köməklik edəcəklər. Sergey Bekker isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan - Norveç oyunu noyabrın 16-ı, saat 21:00-da başlayacaq.

Xəbər xətti