İngiltərə millisində ciddi itki

17:20 - 13 Noyabr 2014

Təcrübəli futbolçu xəsarət alıb

 

İngiltərə millisi ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Maykl Kərik zədələnib.

Yarımmüdafiəçi milli komandanın son məşqində xəsarət  alıb. 33 yaşlı futbolçunun zədəsinin ciddi olduğu deyilir. Zədə səbəbindən Kərik Sloveniya ilə seçmə mərhələ, Şotlandiya ilə yoldaşlıq görüşündə komandasına kömək edə bilməyəcək.

Xəbər xətti