Müdafiəçi sıradan çıxıb
"Mançester Siti" klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Vensan Kompani xəsarət alıb. 28 yaşlı müdafiəçinin ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Təcrübəli futbolçu AVRO-2016-nın seçmə mərhələsində Belçika millisinə Uelslə qarşılaşmada kömək edə bilməyəcək.