Azərbaycan – Norveç matçının fasiləsində müsabiqə keçiriləcək
	 
	AFFA-nın təşəbbüsü və Norveçin “StatOil” şirkətinin sponsorluğu ilə noyabrın 16-da, saat 21:00-da, 8-ci klometr qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Norveç oyununun fasiləsində azarkeşlər üçün müsabiqə təşkil olunacaq.
	 
	Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki,  fasilədə peşəkar qapıçı topu tribunaya atacaq və topu tutan şəxs müsabiqədə iştirak etmək şansı qazanacaq. 
	 
	Penalti vurmaq şansı əldə edən azarkeş 3 fürsətdən 2-ni dəqiq yerinə yetirəcəyi təqdirdə qalib hesab olunacaq və milli komandanın forması əldə etməklə yanaşı gələn ilin iyunun 12-də baş tutacaq Norveç – Azərbaycan qarşılaşmasında iştirak etmək hüququ qazanacaq.
	 
	 Qeyd edək ki, təyyarə və oyun bileti, oteldə 1 gecə qalma və viza xərci “StatOil” şirkəti tərəfindən ödəniləcək.
	 
	Müsabiqənin şərtləri: 
	 
	1) Qapıçı topu tribunaya yalnız 1 dəfə atacaq;
	 
	2) Müsabiqədə iştirak etmək üçün qapıçının atdığı topu tutmaq;
	 
	3) Qapıçının qoruduğu qapıya 3 fürsətdən ən azı 2 qol vurmaq;  
                      
saytlarin hazirlanmasi