9-cu turun matçı
Türkiyə PTT 1-ci liqasının 9-cu turu çərçivəsində keçirilən "Dənizlispor" - "Adanaspor" (2:1) qarşılaşmasında azərbaycanlı futbolçu Rail Məlikov Türkiyə mətbuatında oyunun ən yaxşısı hesab edilib.
Sportal.az xəbər verir ki, bu oyuna ehtiyatda başlayan millimizin eks üzvü Rail Məlikov 30-cu dəqiqədə zədələnən Cemin əvəzinə meydana daxil olub. Buna kimi isə hesab 1:1 olub. Oyunun 52-ci dəqiqəsində Railin komanda yoldaşı Mustafa Çeçeli qırmızı vərəqə alıb. Buna rəğmən, Dənizli klubu 90+4-cü dəqiqədə Genovla qələbə qolun vura bildi.
Türkiyə mətbuatında oyunu qiymətləndirən həmkarlarımız Rail Məlikovun 1 saatlıq oyununu ən yüksək - 8 balla qiymətləndirib. Raillə yanaşı 8 balla onun komanda yoldaşlarından yalnız qələbə qolunun müəllifi Genov, yarımmüdafiəçi Emrah və müdafiəçi Ömər Alp qiymətləndirilib.
saytlarin hazirlanmasi