Təcrübəli qapıçıdan açıqlama
"Çelsi"nin 32 yaşlı çexiyalı qapıçısı Petr Çex klubdan gedəcəyi ilə bağlı söz-sözhbətlərə aydınlıq gətirdi.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Beşiktaş" klubu ilə adı hallanan qapıçı öz açıqlamasında bunları qeyd edib:
"Mənim arzum, karyeramın sonuna qədər burada qalmaqdır. Klubla olan müqaviləmin bitməsinə hələ 2 il var. Ona görə də, buranı tərk etməyim klubdan asılıdır. Qalmağımı istəyərlərsə, karyeramı burada davam etdirəcəm."
saytlarin hazirlanmasi