Qurum futbolçunu millidə oynamağa layiq bilmədi
Azərbaycanla bağlılığı olduğunu bildirən Maksim Demençuk bir müddət əvvəl AFFA-ya müraciət edərək milli komandamızın heyətində oynamaq istədiyini qeyd edib.
Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA tərəfindən U-21-in təlim-məşq toplanışına baxış məqsədilə dəvət olunan futbolçu məşqçilər tərəfindən bəyənilsə də, onun Azərbaycan milli komandasının şərəfini qorumaq üçün yetərli hüquqi sənədə malik olmadığı üzə çıxıb.
Bu səbəbdən Maksim Demençuk toplanışdan kənarlaşdırılıb.
saytlarin hazirlanmasi