Runi millidə 100-cü oyununa çıxdı FOTO

12:30 - 16 Noyabr 2014

29 yaşlı futbolçu yubiley oyununu keçirib

 

İngiltərə millisinin hücumçusu Ueyn Runi üçün "Avro-2016"nın seçmə mərhələsində Sloveniya ilə matç əlamətdar olub.
 

Sportal.az xəbər verir ki, bu qarşılaşmada təcrübəli futbolçu 100-cü oyununa çıxıb.

 

Hücumçu yubiley görüşündə qol vurmağı da bacarıb.  3:1 hesabı ilə başa çatan görüşün 59-cu dəqiqəsində Runi penaltidən hesabı bərabərləşdirib. İngiltərə millisinin digər qollarını isə Denni Uelbek vurub.

 

Qeyd edək ki, Ueyn Sloveniya ilə matça xüsusi butslarda çıxıb.

Xəbər xətti