“Real”ı tərk etməyimə peşman deyiləm”

00:50 - 17 Noyabr 2014

Di Mariya: "İngilətərədə futbol daha sürətli oynanılır" 
 
Yayda Madrid “Real”ını “Mançester Yunayted”i ilə dəyişən Anxel Di Mariya İngiltərədə özünü xoşbəxt hiss edir. 
 
Sportal.az xəbər verir ki, argentinalı futbolçu yeni komandada çıxışını uğurlu sayır:
 
“İngiltərə Premyer Liqası ilə İspaniya Liqası arasında fərq hiss olunur. İngilətərədə futbol daha sürətli oynanılır. “Mançester Yunayted”də 9 oyuna 3 qol vurmuşam və 4 məhsuldar ötürmə vermişəm. “Real”ı tərk etməyimə peşman deyiləm. Madrid klubunda bütün titulları əldə etmişəm. “Real”la La Liqanı və  Çempionlar Liqasını qazanmışam. Bu uğurları indi “Mançester Yunayted”də təkrarlamaq istəyirəm”   

Xəbər xətti