Deyli Blind 6 həftə futboldan uzaq qalacaq
Hollandiya millisinin və "Mançester Yunayted"in aparıcı futbolçularından sayılan Deyli Blind AÇ-2016-nın seçmə mərhələsində keçirilən Latviya matçında xəsarət alıb. Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu matçın 20-ci dəqiqəsində zədələnərək əvəzlənib.
Qarşılaşmadan sonra Hollandiya millisinin baş məşqçisi Quus Hiddink futbolçunun zədəsinin ciddi olduğunu açıqlayıb.
Qeyd edək ki, hollandiyalı müdafiəçinin təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.