Əvəzedici komandaya göndərildi
Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov şərəfini qoruduğu Türkiyənin “Dənizlispor” klubunun əvəzedici komandasına göndərilib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın düşərgəsinə 2 gün gecikməsi səbəbi ilə rəhbərlik tərəfindən bu addım atılıb.
Qeyd edək ki. gecikməsini anasının xəstə olması ilə əlaqələndirən futbolçuya həmçinin, 5 min türk lirəsi məbləğində cəza da verilib.
saytlarin hazirlanmasi