"Ailəmlə necə danışa bilərəm ki, onlar mənə cadu edirlər"

03:00 - 22 Noyabr 2014

Emmanuel Adebayor ailəsinə qarşı çıxdı
 
“Tottenhem” klubunun hücumçusu Emmanuel Adebayor ailə üzvlərini ittiham edib.
 
Sportal.az xəbər verir ki, toqolu forvard anası və bacısını görmək istəmədiyini deyib. Adebayorun sözlərinə görə, ailə üzvləri ondan istifa edərək pullarını sağa-sola xərcləyirlər:
 
“Anam və bacımla necə danışa bilərəm ki, onlar mənə cadu edirlər. Onlara demişəm ki, peşədən əl çəkin. Ailəm hər dəfə pulla bağlı mənə müraciət edir. Bu vaxta qədər onların dediklərini etmişəm. Qanada bacıma 1, 2 milyona ev aldım. Ancaq o, mənim arxamdan iş çevirib evi satdı. Artıq qərara gəlmişəm ki, onlarla ünsiyyət saxlamayım. Çünki belə davam etsə, onlar məni müflis edəcək”.       

Xəbər xətti