Droqba tarixə düşdü

18:35 - 26 Noyabr 2014

Hücumçudan 44-cü qol

 

Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Çelsi" səfərdə "Şalke"yə 3:0 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, bu matç komandanın hücumçusu Didye Droqba üçün əlamətdar olub.

Təcrübəli futbolçu "Şalke" matçın 76-cı dəqiqəsində fərqlənib və Çempionlar Liqasında 44-cü qolunu vurub.

Bununla da Fil Dişi Sahili yığmasının üzvü avrokuboklarda vurduğu qolların sayını 50-yə yüksəldib. Droqba avrokuboklarda 50 qol vuran ilk afrikalı futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Çempionlar Liqasında 44 qol vuran Droqba "Marsel"in heyətində 6 dəfə də avroliqa oyunlarında fərqlənib.   

Xəbər xətti