Futbolçu yaşıl meydanlardan kənar qalacaq
İngiltərənin "Arsenal" klubu ciddi itkiyə məruz qalıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir, Premyer Liqanın 12-ci turunda "Mançester Yunayted"lə qarşılaşmada zədələnən Cek Uilşirin son durumu müəyyənləşib.
Sol ayağından əməliyyat olunan 22 yaşlı yarımmmüdafiəçi üç ay komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, C.Uilşir 2008-ci ildən "Arsenal"ın əsas komandasında çıxış edir.