Portuqaliyalı mütəxəssis yayılan xəbərləri təsdiqləmədi
Baş məşqçi Joze Mourinyo Lionel Messinin “Çelsi” klubuna keçidiylə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib.
Sportal.az xəbər verir ki, portuqaliyalı məşqçi argentinalı futbolçuyla bağlı yayılan məlumatlara belə münasibət bildirib:
“Düşünmürəm ki, dünyada mətbuat və futbol dəyişib. İndi yanlış xəbərləri yaymaq çox asandır. Bu xəbərlər təsdiqini tapmadan belə insanlar yazılanlara tez inanırlar. Messinin “Çelsi”yə keçəcəyiylə bağlı dolaşan məlumatlar doğru deyil. “Barselona”nnn argentinalı futbolçuyala müqaviləsi var. Ona görə də inanmıram ki, belə olan halda klub Messi kimi bir ulduz futbolçunu satmağa razılıq versin”.
saytlarin hazirlanmasi