"Mançester Yunayted" argentinalını itirdi

23:14 - 29 Noyabr 2014

Anxel di Mariya sıradan çıxıb

 

"Mançester Yunayted" ciddi itkiyə məruz qalıb.

Sportal.az xəbər verir ki, Anxel di Mariya İngiltərə Premyer Liqasının 13-cü turunda "Hall Siti" ilə qarşılaşmanın 14-ci dəqiqəsində zədələnib.

Yarımmüdafiəçinin zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Mançester Yunayted" "Hall Siti"ni doğma meydanda  3:0 hesabı məğlub edib.

Xəbər xətti