İngiltərədə ilin ən yaxşı futbolçusu Aquero seçildi

00:30 - 3 Dekabr 2014

Argentinalı futbolçu Edvin Azarı qabaqladı
 
“Mançester Siti” klubunun hücumçusu Serxio Aquero İngiltərədə ilin ən yaxşı futbolçusu seçilib.
 
Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda argentinalı hamıdan çox səs toplayıb.
 
Aquero səsvermədə Eden Azar (“Çelsi”), Rahim Sterlinq (“Liverpul”), Branislav İvanoviç (“Çelsi”), Morqan Şnayderrlan (“Sauthempton”) və Yaya Tureni (“Mançester Siti”) qabaqlayıb. Premyer Liqanın ən yaxşı futbolçusu mükafatına sahib olan futbolçu belə deyib:
 
“Azarkeşlərin iştirak etdiyi sorğuda qalib gəldiyimə sevinirəm. Qazandığım titullar arasında bu mükafat mənim üçün dfaha önəmlidir. Çünki, azarkeşlər arasında ilin ən yaxşı oyunçusu adını qazanmışam.  Ona görə də, səsvermdəd mənə dəstək verənlərə təşəkkürümü bildirirəm”.              

Xəbər xətti