Komandamız Yaponiya və Albaniya ilə qarşılaşacaq
Rusiyada keçiriləcək FİFA-nın sabiq I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin təqvimi açıqlanıb.
Sportal.az xəbər verir ki, 1997-ci il təvəllüdlü futbolçular arasında təşkil olunan turnirdə Azərbaycan yığmasının da oyunlarının keçirilmə vaxtı bəlli olub.
	Millimizin qrup mərhələsindəki oyunlarının proqramı diqqətinizə çatdırırıq:
	
	3 yanvar
	15:15. Yaponiya - Azərbaycan
	
	4 yanvar
	16:30. Azərbaycan - Albaniya
	
	Oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.
     
                    