Samir Nəsri "Mançester Siti"dən ayrılır

02:45 - 8 Dekabr 2014

Fransalı futbolçu qış fasiləsini gözləyir
 
“Mançester Siti”nin yarıımmüdafiəçisi Samir Nəsri komandanı tərk etməyə hazır olduğunu bildirib.
 
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu 2011-ci ildən etibarən “şəhərlilər”in heyətində çıxış edir. İngiltərə təmsilçiylə iki dəfə çempion və ölkə kubokunu qazanan fransalı futbolçu on vaxtlar əsas heyətə düşə bilmir. Premyer Liqanın geridə qaldığı 15 turda yarımmüdafiəçi 3 oyunda 90 dəqiqə meydanda olub. Qalan oyunları ehtiyat skamyasından izləyən Nəsri “Mançester Siti”dən ayrılıb-ayrılmayacağı barədə hələ qəti qərar verməyib:
 
“Klubu tərk edib-etməyəcəyimi deyə bilmərəm. Əgər klub rəhbərliyi yolları ayırmaq istəyərsə, mən buna hazıram. Qış fasiləsinə qədər bu məsləyə tam aydılıq gələcək”.       

Xəbər xətti