"Simurq" "Partizan"la qarşılaşacaq

23:30 - 9 Dekabr 2014

Zaqatala təmsilçisi Antalyaya yollanır
 
"Simurq”un qış təlim-məşq toplanışı artıq məlumdu.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda yanvarın 6-da Antalyaya yola düşəcək və "Sirena Belek" otelində məskunlaşacaq.
 
Zaqatala təmsilçisi burada dörd yoldaşlıq görüşü keçirəcək. Qarşılaşmalar yanvarın 15-də, 18-də, 21-də və 24-də baş tutacaq. Georgi Çixradzenin komandasının ilk rəqibi Albaniyanın "Partizani" klubu olacaq. 
 
"Simurq" yanvarın 25-də ölkəyə qayıdacaq və hazırlıqları Zaqatalada davam etdirəcək. 

Xəbər xətti