U-17-nin oyunlarının vaxtı və məkanı müəyyənləşdi
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının mübarizə aparacağı 2-ci qrupun oyunları Bakıda keçiriləcək.
	Sportal.az xəbər verir ki, artıq qarşılaşmaların keçiriləcəyi stadion və oyunların başlanma vaxtı müəyyənləşib:
	 
	17 mart 2015-ci il
	Saat 15:00. Portuqaliya – Serbiya
	İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
	 
	Saat 19:00. Xorvatiya – Azərbaycan
	Bakcell Arena
	 
	19 mart 2015-ci il
	Saat 15:00. Serbiya – Xorvatiya
	İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
	 
	Saat 19:00. Portuqaliya – Azərbaycan
	Bakcell Arena
	 
	22 mart 2015-ci il
	Saat 19:00. Xorvatiya – Portuqaliya
	“Bakı” FK-nın Təlim-Məşq Bazası
	 
	Saat 19:00. Azərbaycan – Serbiya
	Bakcell Arena
     
                    