"Qəbələ"nin futbolçusu əməliyyat olundu

12:10 - 11 Dekabr 2014

Əməliyyat uğurlu olub

 

Azərbaycan milli komandası və “Qəbələ”nin futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin əməliyyatı İstanbul Xəstəxanalarının birində baş tutub. Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

 

Qeyd edək ki, Azərbaycan millisinin heyətində "Avro-2016"nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alan Ruslan təxminən 2 aydır zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını, əməliyyatının zəruriliyini üzə çıxarmışdı.

Xəbər xətti