İngiltərə Premyer Liqası: "Çelsi"i qaçır, "Mançester Siti" qovur

00:45 - 14 Dekabr 2014

"Topçular" "Nyukasl"ı top atəşinə tutdu  
 
İngiltərə Premyer Liqasında 16-cı turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, hesabat turunun ilk günündə 7 qarşılaşma baş tutub. Lider “Çelsi” doğma meydanda “Hall Siti”ni sınağa çəkib. Edvin Azardın qoluyla hesabı erkən açan “zadəganlar” fasiləyə üstün yollanıblar. Joze Mourinyonun komandası ikinci hissədə daha bir qol vuraraq 2:0 hesabı ilə qələbə qazanıb.
 
“Arsenal” isə son vaxtlar uğurlu çıxış edən “Nyukasl”ı qəbul edib. “Çelsi”nin edə bilmədiyini bir həftə sonra Arsen Vengerin komandası “Ağ-qaralar”la oyunda ikiqat edib. Belə ki, “topçular” rəqibini 4:1 hesabı ilə məğlub edib.
    
 
İngiltərə Premyer Liqası 16-cı tur
 
 
13 dekabr
 
“Bernli” – “Sauthempton”  1:0
Qol: Barnes, 23
 
“Çelsi” – “Hall Siti”  2:0
Qollar: Azard, 7, Kosta, 68
 
“Kristal Pelas” – “Stok Siti”  1:1
Qollar: MkArtur, 11 – Krauç, 13
 
 “Lester” – “Mançester Siti”  0:1
Qol: Lempart, 40
 
“Sanderlend” – “Vest Hem”  1:1
Qollar: Qomes, 22-pen - Dauninq, 29
 
“Vest Bromviç” – “Aston Villa”  1:0
Qol: Qardner, 72
 
“Arsenal” – “Nyukasl”  4:1
Qollar: Jiru, 15, 58, Kasorla, 54, 88-pen - Peres, 63
 
14 dekabr
 
17:30 “Mançester Yunayted” - “Liverpul”
20:00 “Suonsi” – “Tottenhem”
 
15 dekabr
 
00:00 “Everton” – KPR

Xəbər xətti