"Qəbələ" Türkiyədə 7 yoxlama oyunu keçirəcək

00:30 - 20 Dekabr 2014

Əyalət təmsilçisi Bələkdə hazırlıq keçəcək 
 
Azərbaycan Premyer Liqasının 18-ci turunda dekabrın 21-də “İnter”lə oyundan sonra “Qəbələ” komandası istirahətə yollanacaq.
 
Sportal.az klubun saytına istinadən  xəbər verir ki, “qırmızı qaralar” 2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarına 2015-ci il yanvarın 5-də start verəcək.Həmin gün komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələrək məşqlərə başlayacaq.
 
Komanda bu dəfə də Antalyanın Belek bölgəsində yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq. Türkiyə hazırlıqları iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək. “Qəbələ” hazırlıq çərçivəsində 7 yoxlama oyunu keçirəcək. Bunlardan 3-ü 1-ci, 4-ü 2-ci mərhələdə baş tutacaq. Oyunların günləri və sınaqçı rəqiblərin tam siyahısı yaxın günlərdə dəqiqləşəcək. Antalya toplanışını başa vurub, Bakıya qayıdacaq komanda XIX turun qarşılaşmasına hazırlıqları paytaxtda tamamlayacaq.
 
Qeyd edək ki, “Qəbələ” 2015-ci ildə ilk rəsmi oyununu fevralın 1-də səfərdə “Bakı”ya qarşı keçirəcək.

Xəbər xətti