"Qırmızı şeytanlar"ı Falkao xilas etdi
İngiltərə Premyer Liqasında 17-ci turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Aston Villa” ilə üz-üzə gəlib. Hərəyə 1 qol vuran tərəflər meydandan sülhlə ayrılıblar.
18-ci dəqiqədə hesabı meydan sahibləri açıblar. Rəqibin qapı torunu Benteke silkələyib. İlk yarıdan məğlub durumda ayrılan qonaqlar fasilədən sonra hesaba tarazlıq gətiriblər. "Qırmızı şeytanlar"ın bərabərlik qoluna Falkao imza atıb.
“Aston Villa” – “Mançester Yunayted” 1:1
Qollar: Benteke, 18 - Falkao, 53
saytlarin hazirlanmasi