İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal"la xalları yarıya böldü

01:30 - 22 Dekabr 2014

“Stok Siti” "Çelsi"ni dayandıra biləcəkmi? 
 
İngiltərə Premyer Liqasında 17-ci turun qalan oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında "Mançester Siti" doğma meydanda "Kristal Pelas"ı qəbul edib. “Şəhərlilər” 3 xalı 3 cavabsız qolla qazanıb. “Mançester Yunayted” isə səfərdə “Aston Villa” ilə üz-üzə gəlib. Hərəyə 1 qol vuran tərəflər meydandan sülhlə ayrılıblar.
 
İkinci oyun günündə azarkeşlər 2 qarşılaşma izləyiblər. Turun ən maraqlı oyunlarından biri “Liverpul” və “Arsenal” komandaları arasında baş tutub. Əvvəl meydan sahibləri hesabda önə keçsə də, qonaqların cavab qolu özünü çox gəzlətməyib. İkinci hissədə “topçular” üstünlük əldə ediblər. Lakin londonlular da qələbə topunu sona qədər qoruya bilməyib. Belədə tərəflər meydandan bərabərliklə ayrılıblar.        
 
 
İngiltərə Premyer Liqası 17-ci tur
 
20 dekabr
 
“Mançester Siti” – “Kristal Pelas”  3:0
Qollar: David Silva, 49; 61, Ture, 81
 
“Aston Villa” – “Mançester Yunayted”  1:1
Qollar: Benteke, 18 - Falkao, 53
 
“Hall Siti” – “Suonsi”  0:1
Qol: Ki Sunq-Yonq, 15
 
KPR – “Vest Bromviç”  3:2
Qollar: Austin, 24-pen, 49, 86 - Leskott, 10, Varela, 20
 
“Sautqempton” – “Everton”  3:0
Qollar: Lukaku, 38-öz qapısına, Pelle, 65, Yoşida, 82
 
“Tottenhem” – “Bernli”  2:1
Qollar: Kin, 21, Lamela, 35 – Barnes, 27
 
“Vest Hem” – “Lester”  2:0
Qollar: Karroll, 21, Dauninq, 56
 
21 dekabr
 
“Nyukasl” – “Sanderlend”  0:1
Qol: Conson, 90
 
“Liverpul” – “Arsenal”  2:2
Qollar: Koutinyo, 45, Şkrtel, 90+7 - Debuşi, 45+2, Jiru, 65
 
22 dekabr

 

00:00 “Stok Siti” – “Çelsi”

Xəbər xətti