İngiltərə Premyer Liqası:"Çelsi" "Stok Siti"ni məğlub edib zirvədə yerini möhkəmlətdi

01:45 - 23 Dekabr 2014

London təmsilçisi səfərdən qələbəylə döndü 
 
İngiltərə Premyer Liqasında 17-ci turun oyunlarına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, turun son qarşılaşmasında lider “Çelsi” səfərdə “Stok Siti” komandasıyla üz-üzə gəlib. Joze Mourinyonun komandası matça erkən qolla başlayıb. 2-ci dəqiqədə Con Terri rəqibin qapı torunu silkələyib.
 
Fasiləyə minimal üstünlüklə yollanan londonlular hakimin final fitinə 12 dəqiqə qalmış ev sahiblərini ikinci dəfə cəzalandırıblar. “Zadəganlar”ın iknci qoluna Sesk Fabrekas imza atıb.  “Stok Siti”ni 2:0 hesabı ilə məğlub edən “Çelsi” klubu İngiltərədə qış çempionu olub.
   
 
 
İngiltərə Premyer Liqası 17-ci tur
 
20 dekabr
 
“Mançester Siti” – “Kristal Pelas”  3:0
Qollar: David Silva, 49; 61, Ture, 81
 
“Aston Villa” – “Mançester Yunayted”  1:1
Qollar: Benteke, 18 - Falkao, 53
 
“Hall Siti” – “Suonsi”  0:1
Qol: Ki Sunq-Yonq, 15
 
KPR – “Vest Bromviç”  3:2
Qollar: Austin, 24-pen, 49, 86 - Leskott, 10, Varela, 20
 
“Sautqempton” – “Everton”  3:0
Qollar: Lukaku, 38-öz qapısına, Pelle, 65, Yoşida, 82
 
“Tottenhem” – “Bernli”  2:1
Qollar: Kin, 21, Lamela, 35 – Barnes, 27
 
“Vest Hem” – “Lester”  2:0
Qollar: Karroll, 21, Dauninq, 56
 
21 dekabr
 
“Nyukasl” – “Sanderlend”  0:1
Qol: Conson, 90
 
“Liverpul” – “Arsenal”  2:2
Qollar: Koutinyo, 45, Şkrtel, 90+7 - Debuşi, 45+2, Jiru, 65
 
22 dekabr
 
“Stok Siti” – “Çelsi”  0:2
Qollar:Terri, 2, Fabreqas, 78

Xəbər xətti