Hazard “Çelsi”ylə müqaviləni uzatmağa razılıq verdi

03:00 - 23 Dekabr 2014

“İngiltərədə insanlar futbolla yaşayırlar”
 
“Çelsi” klubu Eden Hazardla müqaviləni yeniləməyə hazırlaşır.
 
Sportal.az xəbər verir ki, londonlular bleçikalı futbolçuyla uzun müddətli müqavilə bağlamaq istəyir. Bu ərəfədə Belçika yığma komandasının aparıcı üzvü maraqlı açıqlama verib. O, İngiltərədə futbola marağın böyük olduğunu deyib:
 
“İngiltərə futbol ölkəsidir. “Lill” klubunda oynayanda azarkeşlər komandaya dəstək verirdilər. Onlar yaxşı başa düşürdülər ki, komanda uğurlu nəticələr göstərir. İngiltərə futbolu deyəndə artıq hər şey məlumdur. Burada insanlar futbolla yaşayırlar.  “Stemford Bric” stadionuna hər oyuna 42 min tamaşaçı gəlir. Onlar komandanın oyunundan həzz alırlar.
 
Ümumiyyətlə, İngiltərə Premyer Liqasının hər bir oyunu maraqlı və gərgin keçir. Əgər belə olmasa, azarkeşlər stadiona üz tutmazlar. Mən azarkeşlərimizdən razıyam və səfər oyunlarda belə bizi tək qoymurlıar. İndi hamı fikirləşir ki, Hazard “Çelsi”ylə müqaviləni uzadcaq ya yox. Onlar narahat olmasınlar ki, qısa zamanda komandadan gedim. İngiltərə futbolu olan maraq mənim klubla müqaviəmi uzatmağa vadar edir”.       

Xəbər xətti