London təmsilçisi PSJ-lə razılığa gəldi
PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani karyerasını İngilətərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Uruqvay millisinin aparıcı üzvünü qış fasiləsində “Arsenal” klubu heyətinə qatmaq istəyir. 27 yaşlı futbolçunun keçidinə görə London təmsilçisi parislilərə 50 milyon funt sterlinq ödəməyə hazırdır.
Baş məşqçi Loran Blan forvardın satılmasına razılıq verərək PSJ-yə yeni futbolçunun alınacağını deyib. Cari mövsüm 26 oyuna çıxan Kavani rəqib qapıların torunu topla 13 dəfə silkələməyi bacarıb.
saytlarin hazirlanmasi