Mourinyo İngiltərə millisinin təklifini niyə qəbul etməyib?

03:00 - 25 Dekabr 2014

Həyat yoldaşı portuqaliyalını fikrindən döndərib 
 
“Çelsi"nin baş məşqçisi Joze Mourinyo yığma komandalarda niyə işləmək istəmədiyini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 6 il əvvəl İngiltərə millisinin dəvətini xanımı Matilde Fariayanın təsiri nəticəsində qəbul etməyib. Joze Mourinyo bildirib ki, bəlkə 20 ildən sonra yığmada işləsin:
 
“Həyat yoldaşmın qərarı düzgün idi. Klubda gündəlik iş rejimini sevirəm. Əsasən də məşqlər, səfərlər, matçlar və rəqabət aparmaq. Fransa və İngiltərə yığmaları arasında  yoldaşlıq oyununu yaxşı xatırlayıram. Oyundan sonra xanımım məndən soruşdu: - Növbəti oyun bir də nə vaxt olacaq? Üç ay sonra. Bəs sən iki ay nə edəcəksən? Belədə xanımım dedi ki, bu sənin işin deyil. Hardasa 20 il sonra  yığma komandada işləyə bilərsən”.    

Xəbər xətti