Təcrübəli futbolçu ilə 6 aylıq müqavilə
“Qəbələ” 2014/15 mövsümünün qış fasiləsində ilk transferini gerçəkləşdirib.
Sportal.az. klub saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” heyətini Rəşad Sadiqovla gücləndirib.
Bu gün 32 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Qış transfer pəncərəsinin ilk keçidi olan orta sahə oyunçusu mövsümün ilk yarısında “Xəzər Lənkəran”da çıxış edib.
Sadiqov karyerası ərzində “Bakı fəhləsi”, “Qarabağ”, “Şəfa”, “Neftçi” və MOİK-in də şərəfini qoruyub. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 305 oyun keçirib, 19 qol vurub.
Qeyd edək ki, Sadiqov 2006-cı ildə debüt etdiyi Azərbaycan milli komandasında 23 oyun keçirib.