"Şəhərlilər" 3 xalı 3 qolla qazandı
İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, çempionluq mübarizəsində lider "Çelsi"dən geri qalmayan “Mançester Siti” səfərdə “Vest Bromviç”in qonağı olub. Qonaq komanda oyunun taleyini elə birinci hissədə həll edib.
8-ci dəqiqədə Frnando “şəhərlilər”i hesabda önə çıxarıb. Bu qoldan 5 dəqiqə sonra Yaya Ture penaltini dəqiqi yerinə yetirərək hesab arasında fərqi artırıb. İlk yarının sonlarına doğru David Silva 3-cü dəfə rəqibin qapı torunu silkələyib. Meydan sahibləri bu qollardan yalnız birinin əvəzini çıxa bilib. 86-cı dəqiqədə Braun təsəlli qolunu vurub.
“Vest Bromviç” – “Mançester Siti” 1:3
Qollar: Braun, 86 - Fernando, 8, Yaya Ture, 13-pen, Silva, 34
saytlarin hazirlanmasi