Fransalı mütəxəssis Ferqyussona çata biləcəkmi?
KPR-lə qarşılaşma “Arsenal”ın baş məşqçisi Arsen Venger üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, KPR üzərində 2:1 hesablı qələbə fransalı mütəxəssisin yubiley qalibiyyəti olub.
London təmsilçisiylə 65 yaşlı çalışdırı 600-cü qələbəsini qazanıb. Arsen Venger 1996-cı ildən "Arsenal”ı çalışdırır. Həmçinin, bu qələbə Premyer Liqa çərçivəsində fransalı məşqçi üçün 400-cü olub. O, “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyussondan sonra “Dumanlı Albion”da ikici yerdə qərarlaşır - 528 qələbə.
saytlarin hazirlanmasi