Dodo: "İstəyirəm ki, komandamız..."

14:55 - 30 Dekabr 2014

Futbolçudan açıqlama

 

"Qəbələ"nin yarımmüdafiəçisi Luis Hilario Dodo geridə qalan illə bağlı xatirələrini və növbəti illə bağlı arzularını dilə gətirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dodo öz açıqlamasında bunları qeyd edib:

 

"2014-cü il “Qəbələ”ni mənə biraz da doğmalaşdırdı. Doğma komandamda 4-cü ilimi tamamladım. Arxada qoyduğumuz il xoş xatirələr və böyük həyəcanla yadda qaldı. Premyer Liqanın bürünc medallarını qazandıq, Azərbaycan Kubokunun finalına qədər irəlilədik, ilk dəfə Avropa Liqasında çıxış etdik. “Qəbələ” ilə bu ilkləri yaşamaq çox gözəl idi. Şəxsi həyatımda da yaddaqalan hadisələr baş verdi. Atalıq sevinci yaşadım, oğul övladım dünyaya gəldi. Növbəti – 2015-ci ilin də uğurlu olmasını arzulayıram. 

“Qəbələ”ni layiq olduğu yerlərə daşımağa borcluyuq. İstəyirəm ki, komandamız yenidən Avropa miqyaslı turnirlərdə oynamaq hüququ qazansın. Və biz bu şansdan layiqincə yararlanaq".

Xəbər xətti