Futbolçudan açıqlama
"Qəbələ"nin yarımmüdafiəçisi Ruslan Abışov geridə qalan illə bağlı xatirələrini və növbəti illə bağlı arzularını dilə gətirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ruslan öz açıqlamasında bunları qeyd edib:
"2014-cü ili karyera baxımından uğurlu olduğunu deyə bilmərəm. Tez-tez zədələrlə üzləşdim, istədiyim oyunu nümayiş etdirə bilmədim. 2015-ci ilin daha uğurlu və düşərli olacağına inanıram. Ümid edirəm ki, 2014-cü ildəki xoşagəlməz hallar 2015-ci ildə təkrarlanmayacaq. Özümə, kollektivə, ailəmə və xalqımıza bol uğur və sağlamlıq diləyirəm".
saytlarin hazirlanmasi