Futbolçudan açıqlama
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov geridə qalan illə bağlı xatirələrini və növbəti illə bağlı arzularını dilə gətirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Cavid öz açıqlamasında bunları qeyd edib:
"2014-cü il mənim üçün maraqlı hadisələrlə zəngin oldu. 2013-2014-cü illər mövsümündə “Bakı”nın heyətində 6 qol vurdum. Bu, karyeramda ən çox qol vurduğum mövsüm idi. Sonra gözlənilmədən eks-komandamda vəziyyət dəyişdi. Ardından isə ilin mənim üçün ən yaddaqalan hadisələrindən, bəlkə də, ən əsası baş tutdu - “Qəbələ”yə keçidim reallaşdı. Hazırda komandamız istədiyimiz mövqedə qərarlaşmayıb. Amma hər şeyi dəyişmək üçün imkanlarımız var. Bunu da 2015-ci ildə həyata keçirəcəyik. 2015-ci ildən bol uğur gözləyirəm. İnanıram ki, həm klub, həm də milli komanda səviyyəsində özümü yaxşı tərəfdən göstərə biləcəyəm".
saytlarin hazirlanmasi