"Avroliqada istədiyimiz kimi çıxış edə bilməməyimiz bizə pis təsir etdi"

17:10 - 30 Dekabr 2014

"Futbolda qalibiyyət olduğu kimi, məğlubiyyət də var"

 

"Qəbələ"nin qapıçısı Anar Nəzirov geridə qalan illə bağlı xatirələrini və növbəti illə bağlı arzularını dilə gətirib.

 

Sportal.az həmin açıqlamanı diqqətinizə çatdırır:

"2014-cü il “Qəbələ” ailəsi üçün xoş hadisələrlə zəngin oldu desəm, yəqin ki, yanılmaram. Klub tarixində ilk dəfə medalçılar sırasına düşdü, Azərbaycan kubokunun finalında oynadı və Avropa Liqasında çıxış etdi. Karyeramda ilk dəfə medal qazandım. Təbii ki, həm kubokun finalında, həm də Avropa Liqasında istədiyimiz kimi çıxış edə bilməməyimiz bizə pis təsir etdi. Amma neyləmək olar, futbolda qalibiyyət olduğu kimi, məğlubiyyət də var. 2015-ci ilin həm mənim, həm “Qəbələ”, həm də xalqımız üçün düşərli və uğurlu olacağına inanıram".

Xəbər xətti