Milli komandaya "Qarabağ"dan yalnız bir futbolçu çağırıldı

17:40 - 30 Dekabr 2014

Turnir üçün heyət açıqlanıb

Yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın U-19 yığmasının heyəti bəlli olub.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Nikolay Adam 20 futbolçuya etimad göstərib:

 

Ağaseyid Qasımov (“Qarabağ”), Mahir Mədətov, Umar Akmurzayev, Renat Aghaverdiyev (hamısı “Bakı”), Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Emin Zamanov, Roman Hüseynov, Ayxan Əsədov (hamısı “Qəbələ”), Elnur Cəfərov (“Xəzər Lənkəran”), Əlibəy Məmmədli (“Rəvan”), Fərid Kərimzadə (“Sumqayıt”), Sərtan Taşkın, İlkin Sadıqov (hər ikisi “İnter”), Elməddin Məmmədov, Elvin Sərkarov (hər ikisi “Neftçi”), Elgün Uluxanov (MOİK, Rusiya), Tolqa Şahin (“Kayzerslautern”, Almaniya), Sefa İscan (“Rot Vays”, Almaniya), Şaxban Cəbrayılov (“İnisial” Dağıstan Olimpiya Ehtiyatları məktəbi).

Xəbər xətti