Rafael Santos: "Bunu hələ də özümə bağışlamıram"

17:50 - 30 Dekabr 2014

"Vuruşu dəqiq yerinə yetirsəydim, bəlkə də qalib biz olacaqdıq"

 

"Qəbələ"nin futbolçusu Rafael Santos geridə qalan illə bağlı xatirələrini və növbəti illə bağlı arzularını dilə gətirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Santos öz açıqlamasında bunları deyib:

 

“2014-cü il mənim üçün həm xoş, həm də arzuolunmaz xatirələrlə yadda qaldı. Ötən mövsümü qənaətbəxş keçirsək də, Azərbaycan Kubokunun qalibi olmaq şansını dramatik şəkildə - penaltilərlə qaçırmağımız xatirimdən silinmir. Penaltidən yararlanmamağımı hələ də özümə bağışlamıram. O an vuruşu dəqiq yerinə yetirsəydim, bəlkə də qalib biz olacaqdıq. 2015-ci ilin startından bizi çətin period gözləyir. Çalışıb, səy göstərib komandamızı yüksək yerlərə daşımalıyıq, azarkeşlərimizi sevindirməliyik. İnanıram ki, 2015-ci ildə ötən il buraxdığımız səhvləri buraxmarıq”.

Xəbər xətti