"Hər şey yüksələn xətt üzrə davam edir"

18:35 - 30 Dekabr 2014

"Vəzifəmizin öhdəsindən layiqincə gəldik"

 

"Qəbələ"nin futbolçusu Bəxtiyar Soltanov geridə qalan illə bağlı xatirələrini və növbəti illə bağlı arzularını dilə gətirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu öz açıqlamasında bunları söyleyib:

 

"2014-cü il mənim üçün uğurlu keçdi. “Araz Naxçıvan”la I Diviziondan Premyer Liqaya vəsiqə qazandıq. Vəzifəmizin öhdəsindən layiqincə gəldik, hədəfimizə çatdıq. Həmin müddətdə yaşadıqlarım həm də böyük dərs oldu. Etdiyim səvlərin karyerama nə dərəcədə zərər vurduğunu anladım. I Divizionda çıxış edərkən sanki futbol həyatımın əvvəlinə qayıtmışdım. Şükürlər olsun ki, hazırda hər şey yüksələn xətt üzrə davam edir. Komandamız istədiyimiz yerdə olmasa da, 2015-ci ilin startından sabit çıxış edəcəyimizə və vəziyyəti öz xeyrimizə dəyişəcəyimizə inanıram."

 

Xəbər xətti